Gürcüstanda keçirilmiş prezident seçkilərinin nəticəsini tanımıram.
Teleqraf.com xəbər verir ki, bunu Vahid Milli Hərəkat Partiyasından Gürcüstan prezidentliyinə namizəd Qriqol Vaşadze deyib.
Vaşadze seçkilərin nəticəsini “axmaqlıq”adlandırıb:
“Bu axmaqlıqdır və bu axmaqlığı tanımıram”.
O, seçkilərin nəticələrinin saxtalaşdırıldığını və kampaniya dönəmində seçicilərin şəxsi e-mail hesablarından onun əleyhinə istifadə edildiyini vur]ulayıb
Qeyd edək ki, Gürcüstanda keçirilmiş prezident seçkilərində hakimiyyətin namizədi Salome Zurabişvili qalib gəlib.