“Passport index”in reytinqinə əsasən, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) pasportu dünyanın ən güclü pasportu adlandırılıb.
Teleqraf.com xəbər verir ki, ölkə pasportunu daşıyan vətəndaşlar əvvəlcədən viza almadan dünyanın 167 ölkəsinə səyahət edə bilərlər. Bu tarixi və müstəsna müvəffəqiyyətli hadisə BƏƏ-də 2018-ci ildə elan olunmuş Şeyx Zayed ili və bu gün qeyd olunan 47-ci Milli Müstəqillik Günü bayramı ilə üst-üstə düşüb.
BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktum “Twitter” mikrobloqunda bu hadisəyə münasibət bildirərək yazıb ki, “dünya öz qapılarını BƏƏ xalqının üzünə açır”.