2 Dekabr 2018 23:28
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Zvezda” telekanalı 90-cı tank diviziyanın Çelyabinsk vilayətindəki təlimlərindən görüntüləri yayımlayıb.

Təlimlərdə T-90, BMP-2 və “Tunquski” döyüş maşınları iştirak edib.

Görüntülərdə tank ekipajının sıra ilə hədəf alması, daha sonra topçuların 30 millimetrlik toplarla atəş açması əks olunur.

T-90 – Rusiya istehsalı olan orta və əsas sinifə daxil olan bu tankın 2011-ci ildə eksport versiyası T-90SM təqdim edilib.

BMP-2 döyüş maşını isə şəxsi heyətin yerdəyişməsində, onların mobilizasiyanın artırılmasında istifadə olunur.

Təlimlərdə həmçinin potensial rəqibə qarşı “Qrad” reaktiv sistemləri də sınaqdan keçirilib.

Məlumata görə, bu sistem açıq, yaxud sığınacaqdakı sahədə canlı heyəti məhv etmək, zirehli və zirehsiz texnikanı zərərsizləşdirmək, minomyot batareyalarını, komanda qərargahlarını və digər hədəfləri sıradan çıxarmaq üçün istifadə olunur.

Qeyd edək ki, “Qrad” BM-21 döyüş vasitəsindən, yanğından mühafizə sistemindən, 122 mm idarəolunmaz raketdən və 9T254 enerjidaşıyıcı maşından ibarətdir.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər