Fransa Prezidenti Emanuel Makron Baş nazir Eduar Filipi yanacağın qiymətinin qalxması ilə əlaqədar etiraz aksiyaları keçirən “sarı jiletlilər”in nümayəndələri və müxalifət partiyalarının liderləri ilə görüşməsi üçün təlimatlandırıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Yelisey sarayında prezidentin iştirakı ilə etiraz aksiyalarının kütləviləşməsindən sonra ölkədə yaranan böhranla əlaqədar iclas keçirilib.
Makron baş nazirə aksiya iştirakçılarının arzu və istəklərinin öyrənilməsi barədə tapşırıq verib.
Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Qiymət artımına qarşı hərəkat "sarı jiletlilər" adlandırılıb.