Qətər Əmirliyi OPEK-də təmsil olunmayacaq.
Teleqraf.com xəbər verir ki, bunu əmirliyin Enerji Nazirliyi bəyan edib.
Nazirlik vurğulayıb ki, ölkə OPEK-dən irəli gələn öhdəliklərini 2019-cu ilin yanvarın 19-na qədər yerinə yetirəcək.
Qətər Əmirliyinin bu açıqlamasından sonra dünya neft bazarında qiymət 5 faiz qalxıb. Hazırda Brend markalı neftin bir bareli 62 dollara satılır.