4 Dekabr 2018 16:36
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın TNT kanalında yayımlanan “Dom 2” realiti şousunda gözlənilməz anlar yaşanıb.

Teleqraf.com-un xarici mediaya istinadən verdiyi xəbərə görə, 34 yaşlı iştirakçı Andrey Şabarin yarışmada sevgilisi Rozaliya Raysona şiddət göstərib.

Buna səbəb isə Andreyin eşq yaşadığı xanımı müsabiqənin digər iştirakçısına qısqanması olub. Rozaliyaya “O adam sənə toxunub” deyə Rozaliyaya sual ünvanlayıb. Xanım iştirakçının sualı cavabsız qoyması qarşı tərəfi özündən çıxarıb. Andrey Rozaliyanın üstünə hücum çəkərək, onu döyməyə başlayıb.

Onun bu addımından sonra kanal rəhbərliyi iştirakçını realiti şoudan uzaqlaşdırıb. Bunan sonra Rozaliya da sevgilisini bağışladığını, proqramdan getmək istədiyini bildirib. Təşkilatçılar isə onun bu istəyinə qarşı çıxmayıblar.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər