Rusiya istehsalı olan “Peresvet” döyüş lazerləri artıq çəxsi heyətin istifadəsinə verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS agentliyi Rusiya Müdafiə Nazirliyinin rəsmi qəzetinə istinadən məlumat yayıb.
Bildirilir ki, sözügedən lazer sistemləri 2017-ci ildən bəri sınaqdan keçirilirdi. Artıq şəxsi heyət mükəmməl üstünlüklərə malik silahdan təlimlərdə istifadə edərək, işləmə mexanizminə yiyələnib, bu sahədə peşə vərdişlərini artırıb.
Yaxın vaxtlarda “Peresvet”in tam döyüş hazırlığına gətiriləcəyi gözlənilir.
Yeri gəlmişkən qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin az əvvəl bu silahlardan söz açmışdı.
O, yeni lazer sistemlərini Rusiyanın rəqiblərindən qabaqda olduğunu göstərən “əhəmiyyətli irəliləyiş” kimi dəyərləndirmişdi.