26 Avqust 2014 13:15
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın nüfuzlu qəzetlərindən olan “New York Times” İŞİD-in Turkiyə sərhədlərindən keçərək silah daşıması haqqında məlumat yayıb.

Teleqraf.com türk mətbuatına istinadən xəbər verir ki, qəzetin manşetində yerləşdirilən məlumatda İŞİD-in bir çox müsəlman ölkələri tərəfindən bəslənərək gücünü artırdığı bildirilir.

Küveyt, Qətər, Səudiyyə Ərəbistan və Turkiyənin bilavasitə günahlandırıldığı xəbərdə deyilir: “İŞİD Küveyt və Qətərdən maliyyə dəstəyi alır, Səudiyyə Ərəbistan Suriyadakı müxaliflərə sanki silah yağdırır, Türkiyə isə İŞİD-ə sərhədlərindən keçməyə və eyni zamanda silah keçirtməyə icazə verir. Bunlara son qoyulmalıdır”

Xəbərdə həmçinin ABŞ-ın avqustun 8-dən etibarən İŞİD-ə qarşı 96 hava hücumu həyata keçirdiyi qeyd olunub.

Samir


Müəllif:

Oxşar xəbərlər