"İŞİD-ə birlikdə hücum edək"
Suriya Xarici İşlər naziri ABŞ-a əməkdaşlıq təklif edib .
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya Xarici İşlər naziri Valid Muallim ABŞ-a “bizimlə koordinasiyalı şəkildə Suriyadakı İŞİD mövqelərinə hücum təşkil edin“ təklifi edib .
Biril öncə isə Suriya rejimi özü ABŞ hücumuna məruz qalırdı. Valid Muallim ABŞ da daxil olmaqla beynəlxalq güclərlə birlikdə “terrorizmi məhv etməyə“ hazır olduqlarını bildirib. Şam rejiminin ABŞ və İngiltərə ilə çalışmağa hazır olduğunu bildirən Muallim işbirliyinin ciddiliyindən də əmin olmalarının vacibliyini bildirib.
Fidan