9 Dekabr 2018 23:23
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankaranın müvafiq sorğusuna baxmayaraq, Səudiyyə Ərəbistanı hakimiyyəti jurnalist Camal Qaşıqçının qətlində ittiham olunan şəxsləri Türkiyəyə təhvil verməyəcək.

Teleqraf.com xəbər verir ki, belə bir bəyanatla Səudiyyə Ərəbistanı xarici işlər naziri Adel əl-Cubeyr çıxış edib.

“Biz Camal Qaşıqçının qətlinin istintaqı çərçivəsində vətəndaşlarımızı Türkiyəyə verməyəcəyik”, - deyə o vurğulayıb.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Kaşıkçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər