İranın Qəzvin, Kərəc və Bəndər Abbas şəhərlərində ölüm hökmünə məhkum edilmiş 3 nəfər edam edilib.
Teleqraf.com xəbər verir ki, məhbuslardan ikisi 6 gün əvvəl edam edilsə də, bu barədə məlumat yeni yayılıb.
Məlumata görə, quldurluq və cinsi təcavüzdə ittiham olunan şəxslərdən biri dekabrın 9-da Qəzvin həbsxanasında dara çəkilib.
Həmçinin qəsdən adam öldürməkdə ittiham olunaraq ölümə məhkum edilmiş Behzad Ədib adlı müttəhim dekabrın 4-də Kərəcdə, eyni ittihamla Cəmşid Ağa Rəhimi adlı digər müttəhim isə Bəndər Abbas həbsxanasında dar ağacından asılaraq həyatına son qoyulub.