13 Dekabr 2018 11:13
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ məhkəməsi porno-ulduz Stormi Denielsi 293 min dollar cərimələyib.

Teleqraf.com xəbər verir ki, o, ABŞ prezidenti Donald Trampa qarşı məhkəmə iddiası açaraq ondan təzminat tələb edirdi.

Kaliforniya ştatında keçirilən məhkəmə prosesi zamanı porno-ulduzun prezidentə iftira atdığı müəyyən olunub. Bu səbəbdən onun prezidentə 293 min dollar təzminat ödəməsi haqda qərar verilib.

Qeyd edək ki, Stormi Deniels 2016-cı il prezident seçkiləri öncəsi Trampla keçmiş münasibətləri haqda susması qarşılığında ona 130 min dollar ödənildiyini qeyd etmişdi.


Müəllif: Cavad