14 Dekabr 2018 01:35
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda məhkəmə rusiyalı hərbçini həbs edilməsi barədə qərar verib. Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Xatırladaq ki, Rusiya hərbi bazasının hərbçisi bir şəxsin ölümə səbəb olan ağır bədən xəsarətləri törətməkdə şübhəli bilinərək saxlanılıb.

Həbs olunan hərbçiyə qarşı irəli sürülən ittihamlar barədə məlumat verilmir. Hərbçinin hansı yerdə həbsdə olacağı məlum deyil.


Müəllif: Teleqraf.com