17 Dekabr 2018 23:38
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya XİN rəhbəri Sergey Lavrov Rusiya və Amerika qeyri-hökumət təşkilatlarının Ermənistandakı kəmiyyət nisbəti haqda danışıb.

O, “Komsomolskoy pravda”ya müsahibəsində jurnalistin “Niyə Ermənistanda ABŞ QHT-ləri bu qədər çox, Rusiyaya məxsus olanlar isə azdır” sualına belə cavab verib:

“Rusiya bu sayala bağlı suala cavab verə bilməz. Biz marionet təşkilatlar qura bilmərik, çünki hər şeyi öz adı ilə çağırsaq, bu gün çoxlu provokasion çağırışlar var”.

Bununla bərabər, rus nazir Rusiyanın Ermənistandakı bütün siyasi tərəflərlə işləmədiyi haqda iddiaları əsassız adlandırıb:

“Mən o fikirlə razıyam ki, biz bütün siyasi güclərlə mütləq işləməliyik, ancaq bunu etmədiyimizi demək düz deyil. Biz hər kəslə nəinki Zaqafqaziyada, bütün post-sovet məkanında işləyirik. Bütün müxalif tərəflərlə çalışırıq. Sistemdənkənar, gizli siyasi iş aparan adamlarla işləmirik. Düşünürəm ki, doğru olan da budur. Parlamentin fərqli strukturları ilə çalışırıq. Serj Sərkisyan hakimiyyəti vaxtı belə əlaqələri Paşinyanın partiyasının parlamentdəki 9 deputatı ilə də saxlayırdıq. O ayrı məsələdir ki, görünür, biz itirdik, doğrudur, görünür biz inqilablara qarşı immunitet qazanmışıq, ona görə ki, Qərb keçmiş postsovet məkanında inqilablar hazırlayır. Bəlkə də bu bizim bədbəxtliyimizdir. Bu dəqiqdir ki, bunlar bizim günahımız deyil. Biz özümüz çoxsaylı insan həyatı, şəhər və kəndlərin dağılması bahasına başa gələn heç də bir inqilab yaşamamışıq: ona görə bunu başqalarına da arzulamırıq, özümüz də istəmirik”.

“Cəmiyyətlə, vətəndaşlarla işləmək lazımdır, insanlara maraqlı olan layihələr aparmalıyıq. Bu, mədəniyyətdir, dildir, idmandır, təhsildir, sadəcə insan münasibətidir. Hesab edirəm ki, burda biz müəyyən pozitiv nəticələrdən danışa bilərik. Dayanmaq olmaz. Bu tip tədbirlər çox deyil, ancaq hazırda praktik olaraq bütün KTMT ölkələrində beynəlxalq forumlar keçirilir, mədəniyyət günləri və s. var. Bu, təhsil mübadiləsidir. Rusiya ali məktəblərinin filialları yaradılır və bu, işimizin ən populyar formasıdır”, - nazir bildirib.


Müəllif: Mənbə/Axar.az