Rusiya prezidenti Vladimir Putin görmə qüsurlu Reqina Parpiyevanın arzusunu reallaşdırıb.
Teleqraf.com xəbər verir ki, Reginanın ən böyük arzusu jurnalist olmaq və Putindən müsahibə götürmək olub.
Putin isə onun müraciətini cavabsız qoymayıb və onunla görüşüb.
Reqina Putinə prezident olmağın çətinlikləri, məsuliyyəti və Yeni il planları haqqında suallar ünvanlayıb. Prezident onun suallarını həvəslə cavablandırıb.
Görmə qüsurlu Reqinanın Putinlə görüşərkən: "Olarmı sizə toxunum? Siz çox yaraşıqlı və yaxşı insansınız" deməsi Putini duyğulandırıb. Putin Reqinaya təşəkkürünü bildirərək onun əllərindən öpüb.