23 Dekabr 2018 15:47
1 773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Perm vilayətində şaxtada baş verən qəza ilə əlaqədar bu regionun qubernatoru Maksim Reşetnikov və Fövqəladə Hallar naziri Yevgeni Ziniçevlə telefonda danışıb.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Prezident onların məruzəsini dinlədi, yaralananlara və ölənlərin ailələrinə kömək üçün bütün zəruri tərbirlərin görülməsi barədə tapşırıq verdi. Bundan başqa, Putin istintaq orqanlarına insanların ölümü ilə nəticələnən hadisənin səbəblərinin araşdırılması barədə göstəriş verdi", - Peskov deyib.

Qeyd edək ki, dünən Solikamskda şaxtada yanğın baş verib. İndiyədək yanğını söndürmək mümkün olmayıb. Hadisə nəticəsində 9 nəfər həlak olub. Hələlik onların cəsədini oradan çıxarmaq mümkün olmayıb.


Müəllif: Nahid

Oxşar xəbərlər