26 Dekabr 2018 16:38
1 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ liderliyindəki İŞİD əleyhinə koalisiya Suriyada hava hücumlarını davam etdirir.

Teleqraf.com xəbər verir ki, koalisiya qüvvələri növbəti dəfə İŞİD terror təşkilatının mövqelərini bombardman edib.

Əməliyyat zamanı terror təşkilatının logistika obyektləri vurulub, yüzlərlə militant zərərsizləşdirilib.

Koalisiya komandanının İngiltərədən olan köməkçisi, Kristofer Gika “Röters”ə açıqlamasında yayılmış məlumatları təsdiq edib.

Xatırladaq ki, İngiltərə Prezident Donald Trampın Suriyadakı ABŞ hərbi qüvvələrinin çıxarılması qərarına etiraz edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər