Vaşinqton hökumətinin Türkiyə Cümhuriyyətinin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın inaqurasiya mərasimində səfir səviyyəsində təmsil olunması qətiyyən “bir mesaj” deyil.
Teleqraf.com Türkiyə saytlarına istinadən xəbər verir ki, bu barədə ABŞ Xarici işlər nazirliyinin sözçüsü Jen Psaki açıqlama verib. Ölkəsinin Türkiyə ilə əməkdaşlığa böyük önəm verdiyini və bu əlaqələrin gün-gündən gücləndiyini deyən J.Psaki Obamanın Ərdoğanla bir neçə həftə öncə səmərəli bir görüş keçirdiyini bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın inauqurasiyasında iştirak etməyəcəyini, ölkəsini bu mərasimdə Ankaradakı səfir Jess L. Baili təmsil edəcəyini bildirib.
Samir