19 Yanvar 2019 21:19
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Türkiyə ilə sərhəd bölgəsində yerləşən Maku şəhərində 6 yaşlı uşağın cəsədi tapılıb.

Teleqraf.com xəbər verir ki, Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Məlumata görə, Güney Azərbaycandan olan bir qadın 3 və 6 yaşlı uşaqları ilə birlikdə qanunsuz yolla Türkiyəyə keçmək istəyib.

Gömrükçülərdən yayınaraq, dağlıq ərazidən sərhədi keçməyə çalışan qadın sərhədçilər tərəfindən saxlanılıb. Lakin bu vaxt onun 6 yaşlı uşağı qaçaraq gözdən itib.

Məlumata görə, hadisə gecə saatlarında baş verdiyi üçün onu tapmaq mümkün olmayıb. Lakin gözdən itən uşağın cansız bədəni 5 saat sonra tapılıb.


Müəllif: Mənsur Rəğbətoğlu