1 Fevral 2019 14:15
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Moskva Ermənistanın keçmiş baş naziri Karen Karapetyanı İrəvana ezam edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Karapetyanın qayıdışı təsadüfi deyil: “Rusiya hakimiyyəti Karen Karapetyana Ermənistan rəhbərliyi ilə qazın qiyməti ilə əlaqədar ziddiyyətləri həll edəcəyinə böyük ümidlər bağlayır”.

Karapetyanın başqa məqsədlərinin olduğu da vurğulanıb: “Karapetyan heç vaxt öz vəzifəsini qoyub ikinci dəfə Ermənistandan getməsi ilə barışa bilmir. Vaxtilə bəyan etmişdi ki, bu addımı atmayacaq. Ona görə də Karapetyan Ermənistandakı siyasi proseslərə laqeyd qalmamağa çalışır, amma kimlə, hansı komanda ilə hərəkət edəcəyi hələlik məlum deyil”, - deyə nəşr qeyd edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər