Roma Papası Fransisk bu gün Birləşmiş Ərəb Əmirliklərinə ilk səfərinə başlayır.
Teleqraf.com xəbər verir ki, bu, katolik kilsəsi rəhbərinin Ərəbistan yarımadasına ilk səfəridir.
Roma Papası Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvətinə əsasən konfessiyalararası konfransda iştirak edəcək. Fransisk 120 min insanın onu gözlədiyi messa keçirəcək. Bundan başqa, Papa Al-Ajar məscidinin Şeyxi Əhməd Al-Tayeblə görüşəcək.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə də Birləşmiş Ərəb Əmirliklərinə səfərdədir. O, dünya dini liderləri, görkəmli dövlət, siyasət, elm xadimləri, nüfuzlu kütləvi-informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçiriləcək "İnsan Qardaşlığı Qlobal Forumu"na qatılacaq.