7 Fevral 2019 22:38
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyası 2019-2020-ci illər üçün “Brent” markalı neftin orta illik qiymətinin proqnozuna yenidən baxaraq, ABŞ və Kanadada artan hasilat fonunda dəyəri bir barrel üçün 61 dollaradək kəskin şəkildə azaldıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının yeni hesabatında bildirilir.

2018-ci ilin payızında Avropa Komissiyası gözləyirdi ki, 2019-cu ildə “Brent” markalı neftin orta qiyməti bir barrel üçün 80,6 dollar, 2020-ci ildə isə 76,7 dollar səviyyəsində olacaq.

“Proqnozlaşdırılmış dövr ərzində neftin qiymətlərinin ABŞ və Kanadada hasilatın artması və dünyada neftə olan tələbatın azalması ilə sabit qalacağı gözlənilir. Fyuçers bazarlarının göstəricilərinə əsasən, “Brent” markalı neftin 2019-cu və 2020-ci illərdə orta qiymətinin bir barrel üçün 61 dollar səviyyəsində olacağı gözlənilir. Bu, 2019-cu il üçün dərc edilən payız proqnozunda göstəriləndən 24 faiz, daha əvvəl 2020-ci il üçün səsləndirilən proqnozdan isə 20 faiz aşağıdır”, - deyə Avropa Komissiyasının hesabatında bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər