Rusiyanın xalq artisti Sergey Yuriski 84 yaşında dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, KİV aktyorun ötən ilin dekabrında təcili xəstəxanaya yerləşdirildiyini yazsa da, sonradan onun profilaktik müalicə üçün xəstəxanaya getdiyi açıqlanmışdı.
İxtisasca hüquqşünas olan Sergey Yuriski Azərbaycan tamaşaçısına yaxın sənətkardır.
O, “Qızıl dana”, “Görüş yerini dəyişmək olmaz”, “Əlibaba və qırx quldur”, “Məhəbbət və Göyərçinlər” kimi onlarla filmdə maraqlı obrazlar yaradıb.
Azərbaycan tamaşaçısı Sergey Yuriskini daha çox “Dərviş Parisi partladır” filmindəki Müsyo Jordan obrazı ilə tanıyır.