9 Fevral 2019 09:14
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Sərhədsiz Reportyorlar Təşkilatı 1980-ci ildən 2010-cu ilə qədər təkcə Tehranda və Tehran əyalətinin digər şəhərlərində həbs edilən 1 milyon 700 min nəfərin dosyesi ilə bağlı İran Məhkəmə Sisteminin gizli sənədini əldə etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, adları sənəddə öz əksini tapan 1 milyon 700 min nəfər 30 il ərzində siyasi ittihamlarla həbs edilib.

Məlumata görə, məxfi sənəd beynəlxalq təşkilata İran hakimiyyətindəki mənbələrdən sızdırılıb.

Sənədə görə, həmin illər ərzində İranda ən azı 860 jurnalist həbs edilib, onlardan 4-ü isə əsassız siyasi ittihamlarla edam edilib:

“Əldə etdiyimiz sənəddə 1 milyon 700 min insanın adı var. Onların arasında cəmiyyətin bütün təbəqələrindən olan insanlar, qadınlar, kişilər, uşaqlar, dini və milli azlıqlardan olan fəallar, eləcə də siyasi və adi məhbuslar var”.

Sərhədsiz Reportyorlar Təşkilatı BMT İnsan Haqları Ali Komissarlığına müraciət edərək, baş verənlərə görə İran hakimiyyətindən izahat tələb etməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər