12 Fevral 2019 10:30
1 467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada 6 mindən çox vətəndaş hökumətə müraciət edərək, kommunal xidmətlərin və benzinin qiymətinin aşağı salınmasını tələb edib.

Teleqraf.com xəbər verir ki, vətəndaşları tələbləri ilə bağlı aidiyyəti qurumlara yazılı müraciət ünvanlayıblar.

Müraciətdə bildirilib ki, Rusiya vətəndaşlarının əksəriyyəti həyat standartlarından aşağı səviyyədə yaşayır və normal şərtləri bərpa edəcək imkanları yoxdur:

“Hər şeydən əvvəl kommunal xidmətlərdən qənaətlə istifadə etmək məcburiyyətindəyik.

Rusiya Federasiyası böyük ölkədir və kommunal xidmətlərin pulsuz olduğu Türkmənistanla müqayisə edilə bilməz. Rusiya bütün Avropanı və Asiyanın yarısını isidə biləcək böyük və zəngin ölkədir. Amma yerli xalq üçün qiymətlər şişirdilib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər