Ermənistanın eks-prezidenti Serj Sərkisyanla keçmiş müdafiə naziri Seyran Ohanyan Xüsusi İstintaq Komitəsində üzləşdirilib.
Üzləşmə 2008-ci il martın 1-i istintaqı çərçivəsi ilə əlaqədar aparılmayıb. Sərkisyan başqa cinayətlə bağlı şahid qismində üzləşdirilib.
Ermənistan qanunvericiliyinə görə, üzləşmə eyni iş çərçivəsində sorğulanmış şəxslərin ifadəsi üst-üstə düşməyəndə keçirilir.