14 Fevral 2019 10:14
1 825
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Hava Qüvvələrinin sabiq kəşfiyyatçısı olan qadın İrana casusluqda ittiham edilir.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Ədliyyə Nazirliyi, Federal Təhqiqatlar Bürosu və Hərbi Hava Qüvvələrinin birgə açıqlamasında kəşfiyyatçı Monika Vittinin İran hökumətinə casusluq etdiyi bəyan olunub.

Xidməti fəaliyyəti zamanı çox məxfi informasiyalar əldə edən Monika Vitti milli müdafiə məlumatlarını xarici hökumətlə paylaşmaq və digər maddələr üzrə günahlandırılır.

27 səhifəlik iddianaməyə görə, Monika Vitti ABŞ və İran vətəndaşı olan bir şəxs tərəfindən casusluğa cəlb edilib.

İran İnqilab Keşikçiləri Korpusunun sponsoru olduğu bir konfransda iştirak etmək üçün 2012-ci ildə İrana gedən Vittinin hazırda həmin ölkədə olduğu qeyd edilir.

Onun məxfi Pentaqon proqramının kod adını və missiyasını iranlı rəsmlərə çatdırdığı, habelə ABŞ-ın bir qrup casus agentlərinin siyahısını İrana verdiyi də iddialarda yer alır.

ABŞ Hərbi Hava Qüvvələrində 1997-2008-ci illərdə xidmət keçən xanım Vitti 2010-cu ilə qədər özəl araşdırmalar bürosunda müdafiə podratçısı kimi fəaliyyət göstərib.

Monika Vittinin ABŞ xarici kəşfiyyatı və əks-kəşfiyyat mövzusunda məxfi sirlərdən xəbərdar olduğu güman olunur.


Müəllif: Cavad

Oxşar xəbərlər