14 Fevral 2019 10:44
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin Suriyadakı erməni hərbi missiyası ilə bağlı bəyanatına cavab verib.

Teleqraf.com xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan Dövlət Departamentinin müvafiq bəyanatına münasibət bildirib.

XİN rəsmisi Ermənistanın Suriyaya göndərdiyi hərbi missiyanın humanitar məqsədli olduğunu deyib:

“Bu missiya yalnız humanitar xarakter daşıyır və beynəlxalq humanitar qanunlarla tənzimlənir. Missiyanın fəaliyyəti humanitar yardımlar göstərən strukturlar və beynəlxalq tərəfdaşlarla əlaqələndiriləcək”.

Anna Nağdalyan ABŞ-ın məsələ barədə ittihamlarını qəbul etmədiklərini də diqqətə çatdırıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Ermənistanın Suriyaya hərbi missiya göndərməsinə etiraz olaraq bəyanat yayıb. Bəyanatda rəsmi Vaşinqtonun Ermənistan rəhbərliyinin bu addımını dəstəkləmədiyi bildirilib. Bu, Rusiya və Ermənistan arasıda əldə edilmiş hərbi anlaşma kimi xarakterizə olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər