ABŞ Prezidenti Donald Trampın cümə günü imzaladığı xərclərlə bağlı yeni qanun layihəsinə görə, İsrailə müdafiə məqsədilə əlavə 200 milyon dollar yardım ayrılacaq.
Teleqraf.com xəbər verir ki, 2016-cı ildə ABŞ-ın o vaxtkı prezidenti Barak Obama ilə İsrail Baş naziri Benyamin Netanyahu arasında imzalanan qarşılıqlı anlaşmaya dair memorandum çərçivəsində İsrailin təhlükəsizliyini gücləndirmək məqsədilə ötən dövr ərzində bu ölkəyə 3,8 milyard dollar yardım ayrılıb.
İsrailə yardımın artırılması Amerika-İsrail İctimai Əlaqələr Komitəsi (AIPAC) tərəfindən məmnunluqla qarşılanıb.
Komitə İsrailin təhlükəsizliyinə və ABŞ-İsrail əlaqələrinin güclənməsinə dəstək verdiyi üçün Konqresə minnətdarlığını bildirib.