16 Fevral 2019 17:44
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada “sarı jiletlər” etiraz aksiyasının 14-cü aktı başlayıb.

Teleqraf.com xəbər verir ki, etirazçılar ölkənin bir çox böyük şəhərlərində də toplaşacaqlar.

Parisdə “sarı jiletlər” hərəkatı ilə bağlı fevralın 17 və 18-də ümumilikdə üç nümayiş və dörd toplantının keçirilməsi ilə bağlı polis idarəsinə məlumat verilib. Dövlət orqanları qeyri-qanuni toplaşmaların və dağıdıcı hərəkətlərin olmasını istisna etmir.

Etirazçılar sosial şəbəkələrdə “14-cü akt-Fransa sülh içində” adı altında saat 13-də toplaşmağa çağırışlar ediblər. Təşkilatçılar hər iki tərəfdən olan “ölüm hallarına, yaralı və əlil olmalara nə qədər dözək?”, “Zorakılığa son qoyaq” çağırışları ilə “sarı jiletlər”i dinc nümayiş etməyə səsləyiblər.

Polis və jandarm qüvvələri səfərbər edilib, Yelisey çölləri prospekti və Konkord meydanında toplaşmaq qadağan olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər