17 Fevral 2019 09:13
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Teleqraf.com Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, tərəflər telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər.

"Əsas diqqət Suriyadakı vəziyyətə yönəldilmişdi. Vladimir Putin 14 fevral Soçidə Astana prosesinin qarant dövlətlərinin rəhbərlərinin görüşündə nail olunmuş razılıqlar haqqında məlumat verib. Hər iki tərəf Suriyanın daxili siyasi dialoqunun inkişaf etdirilməsinin vacibliyini qeyd edib, ilk növbədə - Konstitusiya Komitəsinin tez bir zamanda fəaliyyətə başlamasını", - deyə bildirilir.

Liderlər Suriyanın şimal-şərqində, həmçinin İdlib deskalasiya zonasındakı vəziyyəti müzakirə ediblər. Rusiya prezidenti silahlıların kimyəvi maddələrin istifadəsi ilə təxribatlar hazırladıqlarını bildirib.


Müəllif: Teleqraf.com