“Rusiya Ukraynaya hərbi müdaxiləni inkar edəcək bütüm sərhədləri artıq aşıb”
Teleqraf.com-un məlumatına görə, bunu amerikalı nüfuzlu politoloq Pol Qobl “Amerikanın səsi”nin rus redaksiyasına Ukrayna ətrafında son durumu şərh edərkən deyib.
“Putin öz vədlərini və beynəlxalq öhdəlikləri pozaraq, müharibə elan eləmədən suveren bir dövlətə hücum edib. Qərb Rusiya təcavüzünü dayandırmaq üçün daha sərt diplomatik, maliyyə və hərbi addımlara keçməlidir. Əks halda ələlxüsus Baltik ölkələri də hücum təhlükəsi altına düşəcək. Kreml həmçinin, Gürcüstanda hərbi əməliyyatları bərpa edəcək və Moldovaya doğru hərəkət edəcək”, - deyə ekspert qeyd edib.
Qobla görə, Putinin son məqsədi hakimiyyətdə qalmağı təmin eləmək və öz pullarını qorumaqla yanaşı, NATO-nu çökdürmək və beləliklə, ABŞ-la Şərqi Avropa arasında əlaqəni qırmaqdır. “Biz Stalinin ölümündən sonra ən təhlükəli dövrü yaşayır, Adolf Hitlerdən sonra Avropada ən təhlükəli millətçi liderlə üz-üzəyik” - əlavə edib Pol Qobl.