ABŞ-ın Milli Kosmos və Aeronavtika İdarəsi (NASA) 2033-cü ildə həyata keçirməyi planlaşdırdığı ilk sərnişin səfəri üçün deyib-gülən astronavtlar axtarır.
Teleqraf.com xəbər verir ki, qurum insanları gərgin vəziyyətdən baş çıxarmasını asanlaşdırmaq üçün bu istiqamətdə 4 astronavt qrupla iş apardığını açıqlayıb.
NASA-nın araşdırmasına başçılıq edən professor Cefri Conson deyib: “Mars səfəri kimi məhdud bir sahədə uzun müddət qalmaq əsəbləri pozur. Bu səbəbdən kosmik gəmidə işlərin normal getməsi üçüm qrupun əhvalını yüksəldən birinə ehtiyacımız var”.
Qeyd edək ki, NASA Mars səfərinə hazırlıq üçün 2023-cü ildə Aya astronavt göndərməyi nəzərdə tutur. Rusiya və Çin isə səfəri 2040-cı ilə planlayır.