30 Avqust 2014 14:45
1 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı kralı Avropa və ABŞ-a xəbərdarlıq edib.


Səudiyyə Ərəbistanı Kralı Abdullah səfirlərlə görüşü zamanı Yaxın Şərqdə baş verənlərə diqqət ayrılmadığı halda, terrorun tezliklə Avropada və ABŞ-da da yayılacağını deyib.

“Xahiş edirəm bu mesajımı liderlərinizə çatdırasınız. İndi terrorizm şər qüvvədir və bu qüvvəyə qarşı sürətlə mübarizə aparılmalıdır. Əgər bütün bu hadisələrə gözardı yanaşılarsa, əminəm ki, bu şər qüvvə bir ay sonra Avropaya, daha sonra ABŞ-a ayaq açacaq” - deyə kral vurğulayıb.

/APA/


Müəllif: