23 Fevral 2019 22:59
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Suriyada ABŞ hərbçilərinin kiçik bir qrupunun qalması mümkündür. Çoxlu sayda insan bu fikri mənimsəyir. Mən alternativ fikirlərə açıq insanam”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Ağ-Evdə jurnalistlərin suallarını cavablandıran ABŞ Prezidenti Donald Tramp deyib.

“ABŞ hərbçilərinin Suriyadan çıxarılması” haqda suala cavabında Tramp deyib ki, NATO və ya digər başqa dövlətlərlə yanaşı, ABŞ-ın kiçik bir hərbi qrupu Suriyada qala bilər:

“Beləcə İŞİD yenidən baş qaldırmaz. Bu fikrə müsbət yanaşıram. Çoxlu sayda insan bu fikri qəbul edir”.

Bu mövzuda alternative fikirlərə açıq olduğunu bildirən prezident əlavə edib ki, Suriyada olan 2500 Amerika əsgəri fərqli bölgələrə gedəcək. Bəlkə də, İraqa da gedə bilərlər. İraqda çox güclü birliyimiz mövcuddur.


Müəllif: Cavad

Oxşar xəbərlər