Sosial bələdiyyə vacibdir. Biz birbaşa insanlara təsir etməliyik.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Rüşvətlə deyil, mədəniyyətlə bir dəyər qazandıran bələdiyyə anlayışını bu seçkilərdə Türkiyənin hər yerinə gətirəcəyik. Əskiklərimizi müəyyənləşdiririk, 100 faiz uğurlu deyilik, ancaq addımımızı atacağıq", - Ərdoğan qeyd edib.