Özbəkistanda yaxın qohumlar arasında nikah bağlanması qadağan edilə bilər.
Teleqraf.com xəbər verir ki, Səhiyyə Nazirliyi ölkənin Ali Kodeksinə dəyişiklik etmək haqqında qanun layihəsini müzakirəyə çıxarıb. Qanun layihəsinin 16-cı maddəsinə dəyişiklik nəzərdə tutulur.
Dəyişikliyə əsasən qardaş və bacıların övladlarının evlənməsi qadağan olunur.
Müzakirələr martın 9-dək davam edəcək.
Xatırladaq ki, Özbəkistanda nikah yaşı kişilər üçün 18, qadınlar üçün isə 17 yaş müəyyən edilib.