İsveçrənin Qlasqov şəhərində 30 mərtəbəli göydələnin 11-ci mərtəbəsinin pəncərəsinə çıxan Alem Şimemi adlı qadının ölümü ilə bağlı ilginc fakt ortaya çıxıb.
Teleqraf.com-un məlumatına görə, Şimeminin son anlarının yaşandığı görüntüdə aydın olur ki, xanımın 11-ci mərtəbədən yerə düşməsinə saçları maneə olub.
Uzun saçlar pəncərə çərçivəsi tərəfindən sıxıldığından qadın bir müddət sağ qala bilib. Lakin saçların qopması xanımın ölümünə yol açıb.