“Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasından sonra münaqişənin həllində müsbət irəliləyiş olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland deyib.
Onun fikrincə, ətraf rayonların qaytarılması münaqişə tərəflərini münaqişənin həllinə diqqətini daha da artıracaq:
“Tərəflərdən biri bu ərazilərə nəzarət etməkdə davam edərkən, bu məsələ haqda son qərar qəbul etməlidir. Əgər bu məsələ həll olunarsa, bu, müsbət inkişafa yol açacaq”.