28 Fevral 2019 21:16
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Rusiya xarici işlər nazirləri - Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, tərəflər Suriyadakı sülh prosesinin cari vəziyyəti, Astana formatı çərçivəsində göstərilən səylərlə bağlı fikir mübadiləsi aparıblar.

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər həmçinin Suriyadakı vəziyyəti ən qısa müddət ərzində sabitləşməsi və siyasi həll prosesinə dəstək vermək üçün bu ölkədə terrorçu qruplara qarşı mübarizədə ortaq yanaşma göstəriblər.

Bununla yanaşı, iki nazir Türkiyə ilə Rusiya arasında qarşıdakı zirvə görüşləri ilə bağlı müxtəlif məsələləri də müzakirə ediblər.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər