2 Mart 2019 08:42
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Çin tərəfinin ABŞ-dan ixrac edilən kənd təsərrüfatı məhsulları üçün tətbiq etdiyi rüsumun dərhal ləğv edilməsini istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti öz "Twitter" səhifəsində yazıb.

D.Tramp bildirib: "Mən Çindən bizim kənd təsərrüfatı məhsullarımız üçün nəzərdə tutulan rüsumların dərhal ləğv edilməsini istədim. Bunu bizim diskussiyalar çərçivəsində ticarət üzrə razılığa doğru getdiyimiz və mənim ikinci paket çərçivəsində martın 1-də rüsumları 25% artırmamağım faktlarına əsaslanaraq etdim".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər