Bolqar görücü Vanqa nənənin gələcək nəsillərə ötürdüyü ismarış əsasında martın 31-də Ukraynada keçiriləcək prezident seçkisində kimin qalib gələcəyini müəyyənləşdirmək mümkün olub.
Teleqraf.com xəbər verir ki, belə bir iddia ilə çıxış edən xarici medialardan birinin fikrincə, görücünün ismarışı həmin şəxsin xarakterinin cizgilərini müəyyənləşdirməyə imkan verir.
Vanqa gələcək prezidentin öz sələflərindən fərqli olacağını açıqlayıb. Bu, siyasətlə heç bir əlaqəsi olmayan insan olacaq. Ancaq çoxlu vətəndaşın dəstəyini qazanacaq. Təkcə Ukraynada deyil, digər ölkələrdə də məşhur olmalıdır.
Qeyd olunur ki, hazırda bu göstəricilərə uyğun gələn namizəd Vladimir Zelinskidir. O bu yaxınlarda bildirmişdi ki, hakimiyyətin hərəkətsizliyindən yorulub və özünü xalqın arasından çıxmış, ölkədəki situasiyanı dəyişmək istəyən yeni siyasətçi kimi görür. Zelenski həmçinin Vanqanın təsvirinə ona görə də uyğun gəlir ki, o heç vaxt məmur postu tutmayıb.