Bolqarıstan parlamenti iclaslarda iştirak etməyən deputatlara qarşı cəza tədbirlərini sərtləşdirəcək.
Teleqraf.com xəbər verir ki, Bolqarıstan parlamentinin hüquq komissiyası üzrlü səbəb olmadan parlamentin iclasında ardıcıl 3 dəfə iştirak etməyən və ya ay ərzində 5 dəfə iştirak etməyən deputatları əmək haqqından məhrum etmək, təmsilçilik xərclərini azaltmaq kimi cəzaların tətbiqini irəli sürüb.
Deputatların iclaslarda iştirak etmədikləri günlər onların əmək stajına əlavə olunmayacaq. İrəli sürülən təklif deputatların çoxu tərəfindən bəyənilib və səs çoxluğu ilə qəbul olunub. Bununla da Bolqarıstan parlamentində deputatların iştirak qaydaları dəyişdirilib.