5 Mart 2019 11:47
2 875
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alan Türkiyəni növbəti dəfə təhdid edib.

Teleqraf.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Paxon Türkiyənin Rusiyadan raket sistemləri almasının Ankara üçün pis nəticəsinin olacağını bildirib.

Pentaqon rəsmisi bununla bağlı Türkiyəyə xəbərdarlıq etdiklərini də vurğulayıb:

“Türkiyənin hava hücumundan müdafiə sistemlərini gücləndirmək arzusunu bilirik. Amma Türkiyənin bu məqsədlə Rusiyadan “S-400” sistemləri alması ABŞ və Türkiyə arasında hərbi sahədəki əməkdaşlığı üçün ağır nəticələr doğuracaq.

Müdafiə ehtiyaclarını ödəmək üçün Türkiyəyə alternativlər tapmasına kömək etmək üçün çalışırıq.

Bununla belə, “S-400” sistemlərini satın almasının ağır nəticələrinin olacağı barədə də xəbərdarlıq edirik. Bu barədə açıq müzakirələr aparırıq. Əvvəllər də müdafiə sistemlərini NATO çərçivəsində gücləndirilməsinin vacibliyini vurğulamışıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər