6 Mart 2019 10:31
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokrat konqresmen Cerri Nadler Konqresin Nümayəndələr Palatasında ABŞ Prezidenti Donald Trampa qarşı araşdırma açılması üçün müraciət edib.

Teleqraf.com xəbər verir ki, 71 yaşlı konqresmen bir qrup demokrat həmkarı ilə Trampa qarşı ədaləti pozmaq, korrupsiya və səlahiyyətləri pis niyyətli məqsədlər üçün istifadə iddiası ilə geniş bir araşdırmaya başlayıb.

Qeyd edək ki, ara seçkilərdən sonra Konqresin Ədalət komitəsinə rəhbər olan Nadler Trampın əzəli düşməni hesab olunur.

Nadler 1980-cı illərdə Trampın Nyu-Yorkda 150 mərtəbəli göydələn tikmək layihəsinə qarşı etiraz edənlərin başında durub. Məhz o dövrdə Tramp bu layihəsini təxirə salmalı olub.

Tramp 2000-ci ildə çap etdirdiyi “Haqq etdiyimiz Amerika” adlı kitabında Nadleri “müasir siyasətin ən pis fürsətcisi” kimi xarakterizə edib.

ABŞ prezidenti Nadlerin son addımına özünəməxsus şəkildə reaksiya verib. O, qeyd edib ki, ədalətə mane olan demokratlardır, onlar öz günahlarını ört-basdır etmək məqsədilə bu cür araşdırmalara başlayıb.

Qeyd edək ki, Ədalət komitəsi ötən gün Trampın yaxın çevrəsində olduğu 81 nəfərdən qeydlər tələb edib. Onların arasında prezidentin oğlanları da var.


Müəllif: Cavad

Oxşar xəbərlər