Elektrik enerjisinin kəsilməsi səbəbindən Venesuela demək olar ki, qaranlığa qərq olub.
Teleqraf.com xəbər verir ki, buna səbəb ölkənin əsas elektrik təminatçısı olan Simon Bolivar hidroelektrik stansiyasından səbəbi bilinməyən qəzadır.
Qəza nəticəsində ölkənin 23 ştatının 22-nə elektrik enerjisinin verilməsi dayanıb.
Venesuela Milli Elektrik Şirkəti (CORPOELEC) baş verən qəzanı təxribat adlandırıb və bunun Nikolas Maduro hökumətinə qarşı başlayan etirazların bir hissəsi olduğunu bildirib.