8 Mart 2019 16:03
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanda yerləşən Mühəqqiq Ərdəbili Universitetində “Azərbaycan tarixi və mədəniyyəti” konfransının keçirilməsinə icazə verilməyib.

Teleqraf.com xəbər verir ki, konfrans təhlükəsizlik orqanlarının təzyiqi ilə universitet rəhbərliyi tərəfindən tədbirin başlanmasına bir neçə dəqiq qalmış ləğv edilib.

Xətai Mədəniyyət Ocağının təşəbbüsü ilə planlaşdırılan mərasimə Məhəmməd Rəhmanifər, Rza Zərgəri, Eyvaz Taha və Mənsur Ciddi kimi ziyalılar dəvət olunub. Konfransın təşkilatçıları uzun müddət tədbirlə bağlı təbliğat aparıblar. Tədbirin başlamasına bir neçə dəqiqə qalmış ləğv olunması azərbaycanlı tələbələrin etirazına səbəb olub.

Qeyd olunur ki, Güney Azərbaycanda milli tələblər gündəmə gəldikcə təhlükəsizlik orqanları mədəni fəaliyyət sahəsinə müdaxiləsini artırır.

Son həftələrdə Mühəqqiq Ərdəbili Universitetində keçirilməli olan “Beynəlxalq Ana Dili Günü” konfransı, Təbrizdə Səccad Zeynalinin “Dirəniş eposu” kitabının təqdimat mərasimi və Təbrizdə “Azərbaycan qadın aşıqları konserti” təhlükəsizlik orqanlarının təzyiqi ilə ləğv olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər