9 Mart 2019 07:25
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda terror aktı törədilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Mosulda baş verib. İçində bombanın olduğu avtomobilin partladılması nəticəsində 2 nəfər həlak olub, daha 16 nəfəryaralanıb. Bildirilir ki, ölənlərdən biri polis əməkdaşıdır.

Əraziyə təhlükəsizlik qüvvələrinin əməkdaşları cəlb edilib və hadisə ilə araşdırmalara başlanılıb. Hələlik partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, ABŞ İraqda fəaliyyət göstərən “Harakat əl-Nucaba” qruplaşmasını terrorçu elan edib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər