10 Mart 2019 09:11
1 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya “Aurus” avtomobillərinin Avropda satışına 2021-ci ildən başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin sənaye və ticarət naziri Denis Manturov məlumat verib. Nazirin sözlərinə görə, hazırda bu markadan olan avtomobillərin Avropa tələblərinə uyğun sertifikatlaşdırılması və yerli distribyuterlərin müəyyən edilməsi üçün iş gedir.

Denis Manturov qeyd edib ki, “Aurus” avtomobillərinin “SUV” yolsuzluq modeli təkcə Avropada deyil, digər ölkələrdə də populyar olacaq: "Ümumilikdə “Aurus” brendi altında dörd model – sedan, limuzin, yolsuzluq avtomobili və miniven istehsal ediləcək. “Aurus” limuzinləri yalnız eksklüziv istehsal olunacaq. Bu avtomobillərin sadə versiyası olmayacaq. Onların yalnız zirehli variantı istehsal ediləcək”.

Nazir bildirib ki, hazırda Rusiya Prezidenti Vladimir Putin zirehli “Aurus” limuzinindən istifadə edir. Onun sözlərinə görə, belə zirehli avtomobili hər kəs sifariş verə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər