Rusiya və Qazaxıstan birgə hərbi təlim keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov bildirib.
Gerasimov Qazaxıstan Silahlı Qüvvələrinin baş qərargah rəisi Murad Maykevlə Moskvada bir araya gəlib. Görüşdən sonra keçirilən mətbuat konfransında Gerasimov deyib ki, mühüm qərar qəbul olunub. İki ölkə 2019-cu ildə birgə “Mərkəz-2019” hərbi təlim keçirəcək.
General əlavə edib ki, Qazaxıstanla Rusiya münasibətləri hər zaman yüksək olub və Rusiya baxışından Qazaxıstan Orta Asiyada ən güvənilən ölkə və starteji müttəfiqdir.